Türkiyənin Kırıkkale vilayətində silah-sursat deposu və məhvetmə poliqonunda partlayış baş verib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, raketə aid sursatın partlaması nəticəsində 2 nəfər həlak olub, 2-si yaralanıb.
Əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.