Bu gün səhər Türkiyədə hakim AK Partinin (Ədalət və İnkişaf Partiyası) Kırıkkale şəhərinin Lüleburqaz rayon təşkilatının binasına hücum olub.
Stopnarkotik.az xəbər verir ki, hücumu həyata keçirən şəxs binaya daşlar atıb.
Nəticədə binanın pəncələrinin şüşələri sındırılıb.
Hücumu həyata keçirənin şəxsiyyəti müəyyənləşib və o, saxlanılıb. Onun haqında istintaq başlanılıb.
Həmin şəxsin adı hələlik açıqlanmayıb. Onun 20-25 yaş aralığında olduğu bildirilib.
Qeyd edək ki, mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda "Cumhur" İttifaqından prezidentliyə namizəd, AK Parti sədri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçilib. Onun yaxın günlərdə and içəcəyi gözlənilir.