Türkiyədə 2 avtobus toqquşdu: Yaralananlar var

Türkiyənin Kahramanmaraş şəhərində 2 sərnişin avtobusu toqquşub.

Stopnarkotik.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Məlumata görə, xəsarət alanlardan 1-i sürücü, 8-i sərnişinlərdir.

Yaralıların sayının artacağı istisna edilmir.