10-u FETÖ üzvü olan 13 nəfər Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edərkən yaxalanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Sərhədlərimizdə qeyri-qanuni keçidlərə qarşı mübarizəmiz davam edir. Ölkəmizdən Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 13 nəfər sərhəd qartallarımız tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində həbs edilənlərdən 10-nun FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib” – məlumatda qeyd edilib.