Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
***
Tərtərdə 16 yaşlı oğlan itkin düşüb.
Belə ki, Tərtər rayonu Mamırlı kənd sakini, 2007-ci il təvəllüdlü Atayev Vidadi Samir oğlu 15 avqust tarixində evdən çıxıb və geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun əməkdaşı Aslan Qiyaslı APA-ya bildirib ki, Atayev Vidadi Samir oğlunun itkin düşməsi barədə 16 avqustda Tərtər Rayon Polis şöbəsinə məlumat verilib.
Qeyd edilən məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.