ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı növbəti dəfə medianın gündəminə gəlib.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Donald Trampın həkimi Şon Barbabella açıqlama verərək Ağ Ev rəhbərinin sağlamlığında problem olmadığını deyib.
Şon Barbabella bildirib ki, ölkə rəhbərinin səhhəti əladır. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, o, Amerika liderinin ağciyərlərinin və ürəyinin güclü olduğunu açıqlayıb. Həkim onu da əlavə edib ki, Trampın koqnitiv göstəriciləri də yaxşıdır.
Xatırladaq ki, Tramp ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarını müzakirə edərkən Venesuela və İranın adını səhv salmışdı. O, Latın Amerikası ölkəsində heç bir donanma və ya hava qüvvəsinin qalmadığını iddia etmişdi.
Bundan əvvəl isə "Irish Star" qəzeti Trampın həyat yoldaşı Melaniya Trampla bağlı qalmaqallı məqalə dərc etmiş, onun ABŞ prezidentinin qolundan möhkəm tutması səbəbindən Trampın bədənində sirli bir ləkə yarandığını yazmışdı. Sosial mediada gematomların xüsusi makiyajla gizlədildiyi iddia olunur.
Mart ayında da media Trampın sağlamlığı məsələsini gündəmə gətirmişdi. O zaman Trampın sirli şəkildə bir müddət ictimaiyyətin gözündən uzaq qalması qeyd edilirdi. Bundan sonra siyasətçi iki yeni göyərmə ləkəsi ilə yenidən ictimaiyyət qarşısına çıxmışdı. Onun orqanizmindəki bu dəyişikliklərin səbəbləri açıqlanmır.



