Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı mövcud vəziyyət qiymətləndirilib.
Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, uşaqlar müvafiq səhiyyə müəssisəsinə yerləşdiriliblər:
"Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - deyə məlumatda qeyd edilib.
***15:05
Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.