Cəlilabadda 58 yaşlı kişi bıçaqlandı - QOHUMU SAXLANILDI

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsində rayon sakini, 1968-ci il təvəllüdlü Qurban Qasımov bıçaqlanıb.

Yaralı rayon xəstəxanasına çatdırılıb.

Onu bıçaqlamaqda şübhəli bilinən şəxs Fərid Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əmioğlu olduğu bildirilir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bıçaqlanma səbəbilə 1968-ci il təvəllüdlü şəxs Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sol budun ayrı-ayrı hissələrinin, sağ budun aşağı hissələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.