Tomas Eger: Ərdoğanın mesajı o deməkdir ki, "Rusiya məndən bir şey istəyirsə, daha çox şey verməlidir"

Azov batalyonunun komandirlərinin Türkiyədən Ukraynaya qayıtması Ərdoğanın Putinə mesajıdır. Stopnarkotik.az bildirir ki, bu sözləri Köln Universitetinin eksperti Tomas Eger deyib.

Onun fikrincə, Türkiyə prezidenti bu jestlə rusiyalı həmkarına siqnal verir.

Eger Ərdoğanın mesajını belə şərh edir: “Rusiya məndən bir şey istəyirsə, daha çox şey verməlidir”. Politoloq “Bild”ə müsahibəsində qeyd edir: “Bu, Ukraynanın NATO-da ola biləcəyi ilə bağlı bəyanata da aiddir, Putin bundan məmnun olmayacaq”.

Tomas Egerin fikrincə, Ərdoğan digər dövlətlərə belə təzyiq göstərə bilər, “çünki Türkiyə geosiyasi baxımdan o qədər vacibdir ki, bütün tərəflər onunla kifayət qədər yaxşı münasibətlər qurmağa çalışır”.

Stopnarkotik.az