Böyük Britaniyada məhkəmə 33 yaşlı tibb bacısı Lucy Letbi 7 yeni doğulmuş körpəni öldürməkdə təqsirli bilib.
Stopnarkotik.az "İndependent" nəşrinə istinadən xəbər verir ki, qadın cinayəti işlədiyi neonatal xəstəxanasında törədib.
Qeyd olunur ki, tibb işçisinin məhkəməsi on ay davam edib. 240-dan çox şahid dinlənilib, bundan sonra Letbi yeddi körpəni öldürməkdə və daha altı körpənin həyatına cəhddə təqsirli bilinib.
Müstəntiqlər müəyyən ediblər ki, qadın Çeşirin qərbindəki xəstəxanada yeni doğulmuş körpələri insulinlə zəhərləyərək öldürüb.