Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi və Qırğızıstan polisi böyük bir narkotik laboratoriyasına reyd keçirib.
Stopnarkotik.az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə mefedron istehsal edən iri narkolaboratoriya ifşa edilib. Əməliyyatın hazırlanmasında Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin və Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşları birgə iştirak ediblər.
Əməliyyat əsnasında narkoqrupun lideri və onun iki şəriki Bişkek ətrafında sintetik narkotik daşıyarkən saxlanılıb. Baxış zamanı onlardan 30 kq mefedron, 2,2 ton prekursor və narkotik vasitələrin istehsalı üçün avadanlıq götürülüb.
Stopnarkotik.az