Rusiya Federasiyası qarşısında bütün öhdəliklər yerinə yetirildiyi təqdirdə “Taxıl sazişi”nə qayıtmağa hazırıq.
Stopnarkotik.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya iyulun 18-dən bu sazişin müddətini uzatmaqdan imtina edib:
"Biz ona qayıtmağa hazırıq. Ancaq Rusiya tərəfi qarşısında bütün öhdəliklər həqiqətən yerinə yetirildiyi təqdirdə geri dönəcəyik".
Putin qeyd edib ki, ölkənin dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalarından çıxması ilə bağlı sazişin şərtlərinin heç biri yerinə yetirilməyib.