Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair sənəd imzalanıb.
Stopnarkotik.az xəbər verir ki, anlaşma memorandumunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Metin Gənc imzalayıblar.
Saziş çərçivəsində tərəflər mədəniyyət, turizm, şəhər planlaşdırılması, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tuturlar.