Sumqayıtda 41 yaşlı kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapılıb.

Hadisə şəhərin Corat bağları yaşayış massivindəki fərdi yaşayış evində qeydə alınıb.

 41 yaşlı Elməddin Ağayevin meyiti qonşular tərəfindən tapılıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

"Hadisəni eşidib, şoka düşdük, inanmadıq. Heç kimin ondan narazılığı yox idi", - qonşu Baku TV-yə açıqlamasında bildirib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.