Türkiyə ordusu sərhədi pozan ümumilikdə 12 nəfəri saxlayıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Türkiyə ordusu Yunanıstan və Suriya sərhədini qanunsuz keçmək istəyən 12 nəfəri, o cümlədən 9 terrorçunu saxlayıb.
Saxlanılanlardan 7-nin PKK/KCK, 2-nin isə FETÖ terror təşkilatının üzvü olduğu müyyənləşib.