Söyüdlüdəki şirkətin fəaliyyəti ilə bağlı monitorinqlər mütəmadi aparılacaq - Komissiya sədri

"Anglo Asian Mining" şirkətinin fəaliyyəti ilə bağlı monitorinqlər mütəmadi olaraq aparılacaq.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra yanaşmalar sərtləşdiriləcək.

"Əgər monitorinqlər həftədə bir dəfə aparılırdırsa, indi daha tez yoxlamalar həyata keçiriləcək. Şirkətlə yanaşı, Nazirlik də nəzarəti gücləndirəcək" - deyə o qeyd edib.