Somalinin paytaxtı Moqadişuda hərbi təlim bazasına intiharçı hücumu nəticəsində 25 əsgər həlak olub.
Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, Moqadişonun Hodan rayonundakı Jaalle Siyad Hərbi Akademiyasına intiharçı hücumu həyata keçirilib.
Hücumda 25 əsgər həyatını itirib, 60-a yaxın əsgər isə yaralanıb.
Yaralı əsgərlər Moqadişu Hərbi Tibb Mərkəzi və Rəcəb Tayyib Ərdoğan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Partlayışla bağlı araşdırmalara başlanılıb. Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.