Fransada bu həftə "Telegram" vasitəsilə fəaliyyət göstərən pedofil çətəsnin çökdürülməsi əməliyyatı keçirilib. Əməliyyat gedişində 55 nəfər pedofil həbs edilib. Fransanın yetkinlik yaşına çatmayanlara qarşı zorakılığın qarşısının alınması ilə məşğul olan departamenti OFMIN-in "AFP"yə verdiyi məlumata görə, 10 yaşından kiçik uşaqların iştirak etdiyi pornoqrafiyaya təşkil etmək, yaymaq və müntəzəm olaraq izləmək ittihamı ilə 42 departamentdə həbslər edilib.
Stopnarkotik.az xəbər verir ki,10 aylıq istintaqdan sonra həyata keçirilən həbslər bazar ertəsindən cümə axşamına qədər aparılıb. Yaşları 25-75 arasında olan şübhəlilər arasında keşiş, feldşer və musiqi müəllimi də var.
Daxili İşlər Nazirliyinin əməliyyat bölməsinin rəhbəri Kventin Bevan AFP-yə bildirib ki, kişilər Telegramda mesajlarlaşıblar və keçən ilin yayından bəri həbsdə olan “son dərəcə təhlükəli” pedofillərlə əlaqə saxlayıblar.
Genişmiqyaslı əməliyyat ötən ilin yayında uşaqlara qarşı zorakılıq etməkdə və Telegramda şəkillər yerləşdirməkdə şübhəli bilinən şəxslərin həbsi ilə başlayıb.
"Bu uşaq təcavüzkarlarının izinə düşmək üçün on ay araşdırma aparıldı. Nazirliyin nəzdində yaradılmış xüsusi qrup tərəfindən minlərlə mübadilə, analiz və pedofillərin görüntülərinin aşkar edilməsini əhatə edən 10 aylıq gizli iş”, deyə Kventin Bevan bildirib.
Agentlik 2024-cü ildə Parisdə Telegramın qurucusu Pavel Durovun həbsinə səbəb olan order verdi və Durov Teleqramda qeyri-qanuni məzmuna görə Fransa hakimiyyəti tərəfindən rəsmi istintaq altındadır.
Stopnarkotik.az
