Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən gecə saatlarında 200 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən şəhər sakini, bir müddət əvvəl də törətdiyi oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ehtibar Həsənov saxlanılıb.
İlkin dindirilmə zamanı E.Həsənov törətdiyi cinayəti etiraf edib. Qanunsuz yolla əldə etdiyi pul və qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.