Sirkə turşusu içən sərxoş kişi öldü

Şəkidə sirkə turşusu içən sərxoş kişi ölüb.

Stopnarkotik.az xəbər verir ki, Şəki şəhər sakini Bilalov Tahir Sabir oğlu avqustun 18-də yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib.

O, evdə olan ailə üzvləri tərəfindən dərhal Şəki RMX-nın PHŞ-nə aparılıb.

Tahir Bilalov avqustun 19-u, saat 1 radələrində yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.