Rusiyanın “Arxistratiq Mixail Fondu”nun və “İtkin düşmüş və Yaralı Uşaqlara Yardım üzrə Milli Mərkəz” in qəyyumlar şurasının rəhbəri Yelena Milskaya ilə bağlı sensasion xəbər ortaya çıxıb.
Stopnarkotik.az bildirir ki, musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Proyekt” araşdırma mərkəzi məlumat yayıb.
Mərkəz Yelena Milskayanı Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun həyat yoldaşı adlandırır. Gələn xəbərlərə görə, xanım Milskaya karyerasını bir sıra başqa yüksək vəzifəli şəxslərlə tanışlığına borcludur.
Verilən informasiyaya əsasən, Milskaya sosial şəbəkələrdə ənənəvi ailə dəyərlərinin, internetdə senzuranın tətbiq olunmasının qızğın müdafiəçisi kimi tanınır. Lakin bu qadın eyni zamanda milyardlarla rubl gəlir əldə edib, bahalı daşınmaz əmlak, avtomobil, aksesuar və geyim sahibinə çevrilib.
Milskaya mediada “pravoslav oliqarx” adı verilən Konstantin Malofeyevə bağlı Böyük Müqəddəs Vasili fondunda çalışıb. 2019-cu o, Fövqəladə Hallar Nazirliyinin hazırkı rəhbəri Aleksandr Kurenkovla evlənib və bu evlilik onun üçün böyük maddi və siyasi perspektivlərin önünü açıb. Araşdırmaçılar Milskayanın məşhur Rublyovka şossesindəki bahalı daşınmaz əmlakını (həmin evlərdən biri 600 milyon rubl civarındadır) və ümumi dəyəri 80 milyon rubl olan avtomobillərini ortaya çıxarıblar.
Həmçinin Milskaya Kalininqradda “Stroytransgaz” şirkətinə bağlı “Pozitivİnfo” və “Kalininqrad Balttrans” firmaları vasitəsilə maliyyələşdirilən muzey layihələrinin benefisiarıdır. Rəsmi olaraq Milskayanın anası həmin şirkətlərin ortaq sahibi kimi göstərilib.
Araşdırma həmçinin Milskaya Fondunun Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin təsisçisi Daniil Martınovla əməkdaşlığından da bəhs edir. “2022-ci ilin dekabrında Milskaya və Martınov “hərbi idman təhsili və gənclərin vətənpərvərlik tərbiyəsi” üçün 10 regional mərkəzin (sonradan plana 12 obyekt daxil edilməyə başlandı) qurulduğunu elan ediblər. Bundan başqa Milskayanın ukraynalı uşaqların zorla Xerson vilayətindən işğal edilmiş Krıma və Krasnodar diyarına köçürülməsində iştirakından yazır və bu köçürülmənin qeyri-ixtiyari olduğunu sübut edən dəlillər üzə çıxıb.