İsmayıllda çaya sel gəlməsi səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər.
Stopnarkotik.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Raqif Elman oğlu Şirinov, 1981-ci il təvəllüdlü Cəlil Ağasif oğlu Bağıyev, 1981-ci il təvəllüdlü Etiram Niyazi oğlu Bağıyev və 1980-ci il təvəllüdlü Abuzər Qurban oğlu Şirinovu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.