Saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa edildi

Krımda saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa edilib.

Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, dəstənin emalatxanası Simferopolda Mərkəzi bazardan bir qədər aralıda, T.G. Şevçenko adına Mədəniyyət və İstirahət Parkının yanında yerləşib.

Məlumata görə, 2024-cü ilin yazından dəstə üzvləri internetdən spirtli maye alaraq, onlara emalatxanada xüsusi əlavələr ediblər. Sonra isə həmin saxta içkiləri şərab adı altında satılan plastik qablara doldurublar.

“Ekspertizanın rəyinə görə, bu maye istehlak edilərsə, həm sağlamlığa ciddi ziyan vura bilər, həm də ölümlə nəticələnə bilər”, - Krım Respublikası üzrə Baş İstintaq İdarəsinin rəsmi məlumatında deyilir.

Yəni zəhərli “şərab” ən azı altı ay burada qablaşdırılıb. Üstəlik, sənaye miqyasında - təkcə Ulyanov küçəsində ilk axtarış zamanı iki min litrdən çox surroqat götürülüb. Orada təhlükəsizlik qüvvələri üç azərbaycanlını saxlayıb. Lakin onlar sərbəst buraxılıb.

Qeyd edək ki, bu ilin payızında Aluşta kurort şəhərində də saxta içki istehsal edən və satan 8 azərbaycanlı saxlanılıb.