Gəncədə vətəndaşdan saxta pul əskinası aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, DİN-in Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət aparılarkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb. Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.
Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.