Sabunçuda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə 05.02.2026-cı il tarixdə saat 14:00 radələrində baş verib.
Belə ki, İsmayılov Elvin Səməd oğlu Sabunçu rayonu Sabunçu qəsəbəsində aralarında yaranmış mübahisə zamanı tanışı Ağamirzəyev Elnur Eyyub oğlunu bıçaqlayıb.
Hadisə nəticəsində E. Ağamirzəyev ağır bədən xəsarətləri alıb.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətmiş Elvin İsmayılovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.