"ABŞ İrana hücum etsə, hədəfimiz İsrail olacaq" - XAMENEİNİN MÜŞAVİRİ

ABŞ-nin təcavüzü halında İsrail ərazisi İran üçün qanuni hədəf olacaq, çünki "onlar birdir".

Bunu İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin Əli Şəmxani "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.

"İsrail və Amerika iki ayrı qurum deyil; onlar bir qurumdur", - o, ABŞ-nin İslam Respublikasının ərazisinə hücumu halında Tehranın İsrailə qarşı cavab tədbirləri ilə bağlı suala cavabında deyib.

"Əgər Amerika zərbə endirsə, İsrail mütləq iştirak edəcək və bizim cavabımız mütənasib olmalıdır", - Şamxani vurğulayıb. O, əlavə edib ki, cavabın miqyası onların hərəkətlərindən və addımlarından asılıdır.