Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimi güllələməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirlikdən Stopnarkotik.az-a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda yerləşən "İdrak" liseyində silahlı insidentin detalları məlum olub.
Stopnarkotik.az xəbər verir ki, liseyin rəhbəri Mönsüm Alışov "Unikal"a açıqlamasında hadisə barədə danışıb:
"Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib".
***10:26
Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub.
Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.