Bakıda 23 yaşlı oğlan küçədə bıçaqlanıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Gecə saatlarında 2003-cü il təvəllüdlü Elvin Elman oğlu Məmmədov Cavanşir küçəsi, 21a ünvanının yaxınlığında tanışı - 2003-cü il təvəllüdlü Asəf Cavid oğlu Şıxəliyevə qarın və sol qolunun alt nahiyəsindən iki bıçaq zərbəsi vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Elvin Məmmədov şübhəli şəxs qismində tutulub.