Gəncədə 25 yaşlı oğlanın öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Stopnarkotik.az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
***09:06
Gəncədə 25 yaşlı gənc bıçaqlanıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü R. Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib. Həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.