Bakıda metronun qarşısında qan töküldü - 51 YAŞLI KİŞİ BIÇAQLANDI

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Xətai metrostansiyasının qarşısında qeydə alınıb.

1975-ci il təvəllüdlü Məmmədli Elvin Nuru oğlu mübahisə zamanı hər iki ayağından bıçaqlanıb.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.