Araz Dəhlizi və "Tramp Marşrutu"- Ekspertdən şərh

Erməni ekspert Nver Davtyan Araz dəhlizi və TRİPP marşrutu ilə bağlı real risklər barədə danışıb.

"İran Araz Dəhlizinin əsas əlaqəsi olan Ağbənd-Kələlə Körpüsünün tikintisinin tezliklə başa çatacağını elan etdi. Bu yol, Ermənistanın "Tramp Marşrutu" kimi, Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi təmin etmək üçün nəzərdə tutulub. İran marşrutu yolu əhatə etsə də, Ermənistan marşrutu dəmir yolu xəttini əhatə edir. TRIPP-yə gəldikdə, İranla Çin ABŞ-ın potensial təsirindən və marşrutun siyasi alətə çevrilməsindən narahatdırlar”, deyə mövzuya toxunan ekspert müsahibədə bildirib ki, Yerevanın qonşularının maraqlarını nəzərə alması və nəqliyyat layihələrini yeni gərginlik yaratmaq əvəzinə, bir-birini tamamlayacaq şəkildə qurması vacibdir.

Stopnarkotik.az