Ukrayna Rusiyanın 6 vilayətinə zərbə endirdi - RƏSMİ

Yanvarın 25-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri dronlarla Rusiyanın altı bölgəsinə hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram kanalında məlumat yayıb.

Ən çox dron (18) Bryansk vilayəti üzərində məhv edilib, Krasnodar diyarında isə daha 15 dron vurulub.

Hücumdan Rostov vilayəti də zərər görüb, burada 9 dron ələ keçirilib. Orlov vilayətində 4, Belqorod və Astraxan vilayətlərində isə 3 dron məhv edilib.

Müdafiə Nazirliyi vurğulayıb ki, bütün hava hücumları hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf olunub və əhali ilə infrastruktur ciddi zərər görməyib./musavat.com