Gürcüstanda iki narkotacir saxlanıldı - HAVA LİMANINDA ƏMƏLİYYAT

Gürcüstan Daxili İşlər Nazirliyi külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması və ölkəyə gətirilməsi ittihamı ilə iki nəfəri saxlayıb.

Stopnarkotik.az "QafqazTürk"ə istinadən xəbər verir ki, saxlanılan şəxslər 1974-cü il təvəllüdlü Ş.K. və əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü R.M.-dir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kutaisi Beynəlxalq Hava Limanında şübhəlilərin əl yükünə baxış keçirərkən, tərkibində psixotrop maddə olan, külli miqdarda “Pregabalin” tabletlərini maddi sübut kimi aşkar edərək götürüblər.

Fakt üzrə aparılan istintaq çərçivəsində təqsirləndirilən şəxsləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.