İtkin düşmüş kimi axtarışda olan 10 nəfər tapıldı + AUDİO

İki gündə itkin kimi axtarılan 10 nəfər tapılıb.

Bu barədə Stopnarkotik.az-a DİN-dən bildirilib.

Yanvarın 31-də və fevralın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.