Mətbuat konfransı zamanı jurnalistlərdən birinin “İranda Ali Rəhbəri narahat olmalıdırmı?” sualına ABŞ prezidenti Donald Tramp “Bəli! O, çox narahat olmalıdır”, - deyə cavab verib.
Bu barədə “NBC News” məlumat yayıb.
Tramp bildirib ki, İran yenidən nüvə silahı əldə etməyə cəhd edərsə ABŞ yenidən bunun qarşısını almaq üçün addımlar atacaq.
O bildirib ki, İran hakimiyyəti ölkənin başqa bir hissəsində yeni nüvə obyekti qurmağı düşünüb. Daha sonra ABŞ bundan xəbər tutub və bunu edəcəkləri təqdirdə onlara qarşı çox ağır tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edib.
Tramp İrandakı etirazlar haqqında da danışıb. O, etirazçıları dəstəklədiklərini bildirib.
Bu arada, “Axios” portalı mənbələrə istinadən açıqlama yayıb ki, Tehran qeyri-nüvə məsələlərini müzakirə etməkdən imtina etdikdən sonra cümə günü ABŞ və İran arasında keçirilməsi planlaşdırılan nüvə danışıqları ləğv edilib.
əlumata görə, cümə günü Omanda keçirilməsi planlaşdırılan danışıqlar, İranın nüvə proqramından kənar hər hansı bir məsələni müzakirə etməkdən imtina etməsi səbəbilə ləğv edilib.
Məlumatda İran tərəfinin "Nüvə məsələsindən başqa heç nəyi müzakirə etməyəcəyik", - deyə açıqlama verdiyi bildirilir.