Gəncədə univermaqdan 41 ədəd mobil telefon oğurlandı - 23 YAŞLI GƏNC TUTULDU + AUDİO

Gəncədə 21 min manatlıq oğurluq edilib.

Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Gəncə şəhərindəki Mərkəzi Univermaqdan ümumi dəyəri 21500 manat olan 41 ədəd müxtəlif markalı mobil telefonları oğurlamaqda şübhəli bilinən şəhər sakini, 23 yaşlı Nicat Səfərov saxlanılıb.