Qayda pozan səfirlik maşınları ilə bağlı tədbir görüldü – VİDEO

Sosial şəbəkədə Bakıda aralarında səfirlik avtomobilləri də olmaqla bir neçə maşının taksi dayanacağında qanunsuz parklanması ilə bağlı video yayılıb.

Görüntülərdə taksi sürücülərindən biri “Dəmirçi Plaza”nın qarşısında avtomobili saxlayaraq müştərilərilərin minib-düşməsinə şəraitin olmadığını söyləyib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, sözügedən ərazidə taksilərin duracaq yerində saxlayan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb./“qafqazinfo”

Həmin videonu təqdim edirik: