"O şagird yaxşı oxuyurdu, sakit uşaq idi".
Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri liseydə təhsil alan 8-ci sinif şagirdi bildirib.
"Ancaq məktəbdə müəllimələr çox sıxırdılar onu. Müəllimə yaxşı müəllimə idi".
Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.