Sabunçu İcra Hakimiyyətindən Stopnarkotik.az-ın yazısına REAKSİYA

Sabunçu Rayon İcra Hakimiyyəti Stopnarkotik.az saytında dərc olunan “Bakıda dəhşətli mənzərə: narkoman, İİV xəstəsi və kimsəsiz uşaqlar eyni evdə...” sərlövhəli yazıya reaksiya verib. İcra Hakimiyyətinin açıqlamasını olduğu kimi dərc edirik:

“Məsələ ilə əlaqədar bildiririk ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Ruhəngiz Əliyevə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu inzibati ərazi daiəsi üzrə nümayəndəliyinin müavini Ceyhun Abbasov, ƏƏSMN-in tabeliyində olan SXA-in əməkdaşları Zahir Rzayev, Leyla Dadaşlı, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin mayoru İbrahim Məmmədov, polis mayoru Malik Qədirov, Azərbaycan Uşaqlar İctimai Birliyinin sədri Kəmalə Ağazadə, sosial işçi Rüfət Zəkizadənin iştiraki ilə Ağdaş rayonunda qeydiyyatda olan, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, döngə 5 ünvanında yaşayan baxımsız, sosial təhlükəli vəziyyətdə olan ailəyə səfər olundu.

Ailədə yaşayan uşaqların ilkin baxış zamanı səhhətində aşkarlanan problemləri nəzərə alaraq TƏBİB-ə müraciət olunmuş, ilkin baxışdan sonra tam müşahidə olunması üçün 1 saylı ŞKX-a götürülmüşlər. Uşaqların mövcud vəziyyətinə əsasən onların müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi məsələsinə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi tərəfindən baxılacaqdır.

Xahiş edirik nəzərə alasınız”.

Stopnarkotik.az