Sabunçu rayonunda eyni ailəyə məxsus bir neçə uşaq baxımsız vəziyyətdə yaşayır.
Stopnarkotik.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. O bildirib ki, ailə üzvləri sosial şəbəkə üzərindən birliyə məlumat verərək, iki uşağı sığınacağa yerləşdirmək istədiklərini söyləyiblər:
“Bir ailənin sosial təhlükəli kimsəsiz və baxımsız vəziyyətdə olması ilə bağlı təşkilatımıza müraciət daxil oldu və dərhal əraziyə gəldik.
Burada yaşayan uşaqlar çox acınacaqlı vəziyyətdədirlər. Bir evdə bir neçə ailə yaşayır. Ailədə hazırda həbsdə olan, narkotik istifadə edən, oğurluğa görə həbs edilmiş, İİV xəstəsi fərdlər var. İki uşaq ümumiyyətlə valideyn himayəsindən məhrum olub, nənənin, bibinin və əminin yanında yaşayır”.
Kəmalə Ağazadə aidiyyəti orqanlara müraciət edərək, təcili şəkildə durumla əlaqədar addım atılmasını istəyib.