Bakıda kafe sahibini bıçaqlayan şəxsə HÖKM OXUNDU

Kafe sahibini bıçaqlayaraq qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Ağa Cəfərovun məhkəməsi yekunlaşıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Ağa Cəfərov barəsində ittiham irəli sürülən 221.3-cü (xuliqanlıq) xaric olunaraq, ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci il ilin oktyabrında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən kafedə qeydə alınıb.

Ağa Cəfərov aralarında yaranmış mübahisə zamanı kafenin sahibi olan Nüsrət Həsənovu bıçaqlayıb.

O, dərhal polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb.