Sabirabdda avtomobilin yol polisindən qaçarkən kanala aşması barədə xəbərlər yayılıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Məlumata görə, S.Zeynalov yeni aldığı “Ford” markalı avtomobillə yüksək sürətlə hərkətdə olarkən qəzaya düşüb.
Qəza nəticəsində avtomobildə olan sərnişin xəsarət alıb. İddia olunur ki, sürücü polisdən qaçarkən avtomobili aşırıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov sorğuya cavab olaraq bildirib ki, hadisə avqustun 19-da saat 12 radələrində Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən 22-ci kilometrliyində baş verib:
“Rayon sakini S. Zeynalov idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında olan su kanalına aşıb. Hadisə nəticəsində sürücünün atası T. Zeynalov xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. Sürücünün yol polisindən qaçarkən hadisəni törətməsi ilə bağlı iddialar isə əsassızdır”.