İsrail-Misir sərhədində silah və narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Misirlə sərhəddəki Paran kəndi yaxınlığında ŞABAK Təhlükəsizlik Xidməti polis və İsrail ordusunun birgə əməliyyatı zamanı silah və 21 kq narkotik maddə müsadirə edilib.
Təqibdən sonra altı şübhəli də saxlanılıb və əlavə araşdırma üçün polisə təhvil verilib.
Stopnarkotik.az
