Sabah bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ

Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, 19-u gündüzdən 20-si gündüzədək isə bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Stopnarkotik.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, lLeysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Şərq küləyi 15-18 m/s, 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi ehtimalı var.