Rusiyaya aparılan külli miqdarda narkotik və psixotrop maddə ələ keçirildi - GÖMRÜKDƏ ƏMƏLİYYAT

Belarus gömrükçüləri Rusiyaya psixotrop və narkotik maddələri tədarük edən beynəlxalq kanalı dayandırıb. 

Stopnarkotik.az BELTA-ya istinadla xəbər verir ki, Belarus Dövlət Gömrük Komitəsinin sədr müavini Eduard Daniloviç Aİ-dən Rusiyaya psixotrop maddələri tədarük edən beynəlxalq kanalın fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Belarus gömrükçüləri məişət cihazlarının boşluqlarında ehtiyatla qablaşdırılan 637 kq-dan artıq çox təhlükəli olan “4-SMS” adlı psixotrop maddə aşkar ediblər.

Qabyuyan maşınların yükləndiyi yük maşını Litvadan Latviya ərazisi ilə gedirmiş. “Qriqorovşina” keçid məntəqəsində yoxlama zamanı xidməti it tərəfindən qadağan olunmuş maddələr müəyyən edilib. Rusiya Federal Gömrük Xidməti və FTX ilə birgə keçirilən əməliyyat zamanı Litva, Belarus, Rusiya və Ukrayna vətəndaşları saxlanılıb. Psixotrop maddədən başqa 162 kq narkotik vasitə (həşiş, mefedron və s.) müsadirə edilib. Ələ keçirilən narkotiklərin qara bazarda ümumi dəyəri 75 milyon dollar (6 milyard rubl) qiymətləndirilir. Faktla bağlı narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb. Qrup üzvlərini 20 ilə qədər həbs gözləyir.

Stopnarkotik.az