Cənub Dairə Hərbi Məhkəməsində Rusiyanın ən böyük bandasının lideri Aslan Qaqiyevin (“Cako”) cinayət işi üzrə tərəflərin debatı baş tutub.
Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, prokuror xüsusilə ağır cinayətlər törətdiyinə görə kriminal dəstə rəhbərinə ömürlük həbs cəzası istəyib.
Məhkəmədə çıxış edən “Cako” cinayətdə iştirakını inkar edib. Məlumata görə, o, məhkəməyə qədər dəstə üzvlərini ona qarşı ifadə verməkdən çəkindirib.
Avqustun 2-də İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Cako” dəstəsinin 12 üzvünə ən azı 12 il olmaqla ömürlük həbsə qədər cəzalar təyin edib.
Aslan Qaqiyev 2004-cü ildə Rusiyada ən azı 60 müqaviləli cinayət törətmiş ən böyük dəstələrdən birini yaradıb. “Cako” 2014-cü ilin fevralından beynəlxalq axtarışa verilib. 2015-ci ilin yanvarında Vyanada saxlanılıb, 2018-ci ildə isə Rusiyaya ekstradisiya edilib. Onun və daha 11 dəstə üzvünün məhkəməsi artıq beşinci ildir ki, davam edir. Təqsirləndirilənlər arasında üç keçmiş polis də var.