Rusiyanın axtarışa verdiyi “qanuni oğru” bu ölkədə saxlanıldı

Monteneqro polisi cinayət iyerarxiyasında yüksək vəzifə tutduğuna görə Rusiya tərəfindən axtarışda olan “qanuni oğru”nu saxlayıb.

Bu barədə RTCG telekanalı polis idarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya vətəndaşıTivat şəhərinin hava limanında saxlanılıb. O, 1993-cü ildən bu şəxs Rusiyada Krasnodar diyarının kriminal iyerarxiyasında ən yüksək vəzifə tutub və kriminal mühitdə tutduğu vəzifədən kriminal fəaliyyəti təşkil etmək, istiqamətləndirmək və idarə etmək üçün istifadə edib.