Rusiyanın 11 il axtardığı tacik narkobaron Azərbaycanda yaxalandı

Rusiyanın 11 il axtaışında olduğu narkokartel başısı Azərbaycanda ələ keçib. Yüzlərlə kiloqram heroini qaçaqmalçılıq yolu ilə keçirməkdə ittiham olunan Tacikistan vətəndaşı Emomov Taqaymurod adlı narkobaron Rusiyaya ekstradisiya olunacaq.

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, həbs Azərbaycanda baş verib.
Həmin şəxs 11 ildən artıqdır ki, beynəlxalq axtarışda olub. Müstəntiqlərin fikrincə, o, iri narkokartelə rəhbərlik edib və Rusiya Federasiyası ərazisinə narkotiklərin tədarükü ilə məşğul olub. O, yaxın vaxtlarda əlavə istintaq və mühakimə üçün Rusiyaya aparılacaq. 

Stopnarkotik.az