Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.
Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, Ayaz Səfərovun üzündə işgəncə izləri müşahidə olunur.
Qeyd edək ki, məhkəmə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndəriliblər.
*** 13:18
Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.
Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, məhkəmə ittiham tərəfinin xahişini təmin edib və A.Səfərovu 22 gün müddətinə istintaq təcridxanasına göndərib.
Məhkəmənin qərarı ilə A.Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.
*** 11:34
Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib.
Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, həmyerlimiz 22 gün müddətinə istintaq təcridxanasına göndərilib.
Hazırda Yekaterinburqda Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Mehdi oğlu Səfərovların məhkəmə prosesi davam edir.
Vüqar və Mahəmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır.
Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov isə 36 saylı xəstəxanadadır.