Rusiyada hökumət binasına qumbara atıldı

Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.

O bildirib ki, insident nəticəsində tələfat və xəsarət alan olmayıb. Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib. Qumbaranı atan şəxs saxlanılıb.

Hadisənin motivləri araşdırılır.